Bir qrup gənc Xocalının ildönümü ilə əlaqədar videoçarx çəkib – VİDEObackend

Bir qrup gənc Xocalının ildönümü ilə əlaqədar videoçarx çəkib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə layihənin rəhbəri Cavad Salmanlı məlumat verib. Onun sözlərinə görə, videoçarxda yüzlərlə dinc sakinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, dözülməz işgəncələrə məruz qalması və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edilməsi ilə XX əsrin ən böyük faciəsi kimi tarixə yazılan Xocalı soyqırımı fərqli formada təqdim edilib.

\”Mən Xocalıyam\” adlı layihə Javad Salmanli’s photoblog, \”Grow Center\” və \”Xocalı Soyqırımı/Khojaly Genocide\” səhifələrinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirilib və Xocalı soyqırımının 24-cü anım ili üçün hazırlanıb. Bu layihə Xocalının harayını, onun ağrısını və ona qarşı edilən zülmləri özündə əks etdirərək gənclərin dilindən çıxış edir\”, – deyə C.Salmanlı qeyd edib.

O vurğulayıb ki, videoçarxın ssenarisi, eyni zamanda digər yaradıcı hissəsi layihə rəhbərinə, çəkiliş isə Xəzər Həmzəyeva məxsusdur.

Qeyd edək ki, oxşar videoçarx ötən il də layihə rəhbəri tərəfindən hazırlanıb və böyük marağa səbəb olub.

İnterpress.az