Yezidi kürdlərin lideri: “Qarabağda AZƏRBAYCANA QARŞI 500 yezidi kürdü döyüşüb”backend

Yezidi kürdlərin lideri: “Qarabağda AZƏRBAYCANA QARŞI 500 yezidi kürdü döyüşüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mətbuatı xəbər verir ki, Əziz Tamoyan Dağlıq Qarabağda dekabrın 19-da öldürülmüş PKK terrorçusunu müdafiə edərək bildirib ki, öldürlən əsgər terrorçu deyil, Ermənistanda yaşayan kürdlərdən biridir: “Son vaxtlar Azərbaycan mətbuatı Ermənistan -Azərbaycan sərhəddində öldürülən yezidi kürdü olan əsgəri PKK -çı kimi təqdim edərək öz xeyirlərinə istifadə edirlər. Bildirmək istəyirəm ki, Ermənistanda digər azsaylı xalqalarla yanaşı, 60 min yezidi kürdü yaşayır və onların hüquqları qanunla qorunur. Kürd və erməni xalqları qardaşdılar, onları bir birlərinə tarixi tellər bağlayır”.
Əziz Tamoyan Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən döyüşən yezidi kürdlər haqqında da danışıb: “Qeyd etmək istəyirəm ki, Qarabağ müharibəsi zamanı erməni qardaşlarımızla yanaşı, 500 nəfərdən ibarət yezidi kürdü də döyüşürdü. Ermənistanın tam hüquqlu vətəndaşları kimi, bu gündə gənc yezidlər Erməni xalqının mənafeyini və sərhədlərini qoruyurlar” (Lacin.info).

Yezidi kürdlərin lideri: “Qarabağda AZƏRBAYCANA QARŞI 500 yezidi kürdü döyüşüb”