Böhran büdcəsi təsdiqləndi, deputat nazirləri sərt tənqid etdibackend

Böhran büdcəsi təsdiqləndi, deputat nazirləri sərt tənqid etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 23-də Milli Məclisdə büdcəyə dəyişiklik edilməsi üçün geniş müzakirələr keçirilib. Modern.az-ın məlumatına görə, müzakirələrdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da çıxış edib. O bildirib ki, iqtisadi bloku əhatə edən nazirlərin biri də iclasda iştirak etmir.

“Burada dövlət büdcəsi müzakirə olunur. Bu, təkcə Maliyyə Nazirliyi və ya Mərkəzi Banka aid deyil ki. Amma iqtisadi blokdan olanlar yoxdur. Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və s. yoxdur. Növbəti iclasda hökumətin hesabatı veriləcək. Büdcə olmayan yerdə hesabat nəyə lazımdır?!”

Deputat eyni zamanda baş nazirin 6 müavininin iclasda olmadığına da diqqət çəkib: “Onlara ünvanlanacaq suallara kimlər cavab verməlidir? Baş nazir iclasda yoxdur. Onun ki müavinləri var… Millət vəkillərinin suallarına cavab verə bilər. Bu cür yanaşma ölkə başçısının qarşıya qoyduğu məqsədə uyğun deyil. Hər bir struktur rəhbəri onlar barəsində deputatlar tərəfindən qaldırılan suallara cavab verməlidir. İki nəfər onların suallarına cavab verməyəcək. Milli Məclisə bu cür yanaşmaq düz deyil. Bu, onlara çatdırılmalıdır”.
Spiker Oqtay Əsədov deputatın fikri ilə razı olduğunu bildirib: “Nazirlər Kabineti haqqında dediklərində haqlısan. Bu onlara çatdırılacaq. Amma nazirlərimizin bir çoxu prezidentlə birlikdə İrana gedib. Burada onların müavinləri təmsil olunur. Lakin baş nazir olmasa da müavinləri burada olmalı idi”.

Böhran büdcəsi təsdiqləndi, deputat nazirləri sərt tənqid etdi

Milli Məclis 2016-cı ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib. APA-nın məlumatına görə, 2016-cı il üzrə yenilənmiş dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri isə 18 mlrd. 495 mln. manat nəzərdə tutulub.

2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 2016-cı il üçün təsdiq olunmuş proqnozla müqayisədə 2256, mln. manat və ya 15,5% çoxdur. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş xərcləri isə 2016-cı il üçün təsdiq olunmuş proqnozdan 13,7% çoxdur.

Xatırladaq ki, 2016-cı il dövlət büdcəsinin təsdiqlənmiş versiyasında büdcənin gəlirlərinin 14,566 mlrd. manat, xərclərinin isə 16,264 mlrd. manat səviyyəsində olacağı nəzərdə tutulmuşdu.

Böhran büdcəsi təsdiqləndi, deputat nazirləri sərt tənqid etdi

2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 mlrd. 673 mln. manat təşkil edəcək.

Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 bareli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb.
Yenidən baxılma ilə 2016-cı il icmal büdcənin gəlirləri 15738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcənin neft gəlirlərinin hesablanması üçün bir barel xam neftin qiymətinin təsdiq olunmuş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin 3 mlrd. 230,3 mln. azalması hesabınadır.

İcmal büdcənin xərcləri təsdiq edilmiş büdcəyə nisbətən 23,1% və yaxud 4 mlrd. 610,2 mln. manat artırılaraq 24 mlrd. 566,6 mln. manata çatdırılması nəzərdə tutulub. Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 mlrd. 828 mln. manat, ARDNF-in gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 12 mlrd. 309,3 mln. manat təşkil edəcək.

İnterpress.az