Ötən gecə rayonun Düyərli kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Rzayev gəmiriciləri məhv etmək üçün istifadə olunan mərgümüş adlanan maddə ilə zəhərlənmə əlaməti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. R. Rzayevin hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İnterpress.az