Azərbaycanın ən məşhur simalarından olan bir şəxsin fantastik elmi əsəri Nobel Komitəsinə nəinki təqdim olunub, hətta bu nüfuzlu qurumda qeydiyyata götürlməsiylə bağlı müəllifə cavab da gəlib.
Həmin görkəmli şəxsiyyətin kimliyi məlum olsa da müəllifin özü bunu açıqlayanadək susmağa üstünlük verəcəyimizi bəyan edirik. Amma ümid edirik ki, yaxın zamanlarda bu inqilabi kəşfin səs-sədası təkcə Azərbaycana deyil, bütün dünyaya yayılacaq və o zaman ölkəmizin adı təkcə petrol ölkəsi kimi deyil, Nobel mükafatçısının Vətəni kimi də tarixə düşəcək. İnşallah ümid edirik ki, bu dəfə dünyaya yaxşı mənada səs salacağıq… (moderator.az)