Bakıda qarğa təhlükəsi – VİDEObackend

Bakıda qarğa təhlükəsi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar Bakıda qarğaların çoxalması müşahidə olunur.

İnterpress.az xəzərxəbər-ə istinadən xəbər verir ki, qarğalar həm zibillik yerlərdə, həm də park və bağlarda məskən salırlar.

Bəzi alimlər hesab edir ki, qarğaların sayının belə çoxalması digər quşların sayının azalmasına, hətta bəzi növlərin kökünün kəsilməsinə gətirib çıxara bilər.

Paytaxtda qarğaların belə artmasına səbəb dağlıq ərazilərdəki hava şəraitidir.

Həmin ərazilərdəki qarğalar yem tapa bilmədiyindən paytaxta yönəliblər.

Qarğaların sayının artmasını bəzi bioloqlar xırda quşlar üçün təhlükə hesab etsə də, Ekoloji Planlama Mərkəzinin rəhbəri Telman Zeynalov onların sanitar rolu oynadığını və ancaq xəstə quşları parçaladığını qeyd edir. Əvəzində isə müəyyən qədər təhlükə kiçik yaşlı uşaqlar üçün yarana bilər.

Qarğalar adətən səhər və axşam saatlarında olurlar.

İnterpress.az