İnterpress-in \”Sinxua\” agentliyinə istinadən verdiyi məlumata görə, \”Tara Airlines\” aviaşirkətinə məxsus, Pokhardan Comsoma uçan təyyarə ilə əlaqə fevralın 24-də səhər saatlarında itib.
\”Twin Otter\” təyyarəsinin göyərtəsində 18 sərnişin, 3 ekipaj üzvü olub.
Yerli məmurların bildirdiyinə görə, təyyarənin pis hava şəraitində dağlarda qəzaya uğradığı ehtimal olunur.
Axtarışlara vertolyotlar cəlb olunsa da, hava şəraiti axtarış işlərini çətinləşdirir.
Pokhar-Comsom arasında məsafə 50 km-dir, qrafik üzrə uçuş 18 dəqiqə çəkir. Dağlıq ərazilərə səyahət edənlər Comcomdan yola salınır. İki aeroport arasında uçuş-enmə zolağı yoxdur.
İnterpress.az