«Avtoş» özünü də bədbəxt etdi, başqalarını da – ŞOK VİDEO – 16+backend

«Avtoş» özünü də bədbəxt etdi, başqalarını da – ŞOK VİDEO – 16+

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir avtoşun yüksək sürətin qurbanına çevrilməsi əks etdirən görüntülər yayılıb. Avtosfer.az xəbər verir ki, rus dilində danışan gənclərin avtomobili yüksək sürətlə şütüyür, sanki maşındakılar böyük qəhrəmanlıq edirlərmiş kimi fəxrlə danışırlar. Sürücü hətta tunelə də girdikdə, sürəti azaltmır, əksinə, qazı sıxır. Nəticədə tunelin sonundakı tıxacda avtomobili \”yığışdıra bilmir\”, bir neçə maşınla toqquşur, zəncirvari qəzaya səbəb olur.
Hörmətli oxucular, videonu təqdim edirik və bildiririk ki, Avtosfer.az qaydaları pozmağı, insan həyatı üçün riskli manevrləri, hərəkətləri kəskin şəkildə pisləyir. Yüksək sürət görmə bucağını azaldır, videodan da gördüyünüz kimi, ən son anda maneəni görmək mümkün olur. Bu sürücü süni işıqlandırmanın olduğu tunelə girdiyini unudur. Kim bilir, bəlkə də toqquşduğu maşınlarda neçə nəfəri şikəst etdi…

İnterpress.azhttps://youtube.com/watch?v=k76jluO8eNk