Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, şəhər sakini, 1953-cü il təvəllüdlü Müseyib Babacanov yaşadığı evdə intihar etmək məqsədilə sirkə turşusu içib. Nəticədə ağır vəziyyətdə xəstəxanaya çatdırılan M. Babacanov orada dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
İnterpress.az