İtən sərnişin təyyarəsinin qalıqları tapıldı – YENİLƏNİBbackend

İtən sərnişin təyyarəsinin qalıqları tapıldı – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan əvvəl xəbər yayılmışdı ki, Nepalda kiçik ölçülü təyyarənin qəzaya uğraması nəticəsində 21 sərnişin və 1 ekipaj üzvü itkin düşüb.
\”Report\” BBC-yə istinadən xəbər verir ki, bu haqda yerli hakimiyyət məlumat yayıb.
Məlumata görə, qəza baş verən zaman \”Tara Airlines\” şirkətinə məxsus \”Twin Otter\” tipli təyyarə Pokxaradan Comsa uçuş reysi həyata keçirirmiş. Havaya qalxdıqdan 18 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib. Hakimiyyət təmsilçilərinin sözlərinə görə, adıçəkilən şəhərlər arasında uçuş-eniş zolağı yoxdur. Ona görə qəza zamanı təyyarənin şəhərlərarası ərazidə hava limanına enməsi mümkün sayılmır.
1949-cu ildən, Nepal hava limanına ilk uçuş enişi ediləndən indiyədək ölkədə baş verən 70-dən artıq təyyarə və helikopter qəzası nəticəsində 700-dən çox insan həyatını itirib.

———-

09:55

\”Tara Airlines\” şirkətinə məxsus sərnişin təyyarəsi Nepal dağları üzərində radardan itib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə 18 sərnişin və 3 ekipaj üzvü olub. Pokxara şəhər aerportundan verilən məlumata görə, təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yoxa çıxıb.

Hazırda təyyarənin axtarışı davam edir. İlkin ehtimallara görə, təyyarə qəzaya uğrayıb. (report.az)