Futbolçu Cavid Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilibbackend

Futbolçu Cavid Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Elmar Rəhimov sədrlik edib. Prosesdə dövlət ittihamçısı C.Hüseynovun vəkili Adəm Məmmədovun suallaırnı cavablandırıb. Daha sonra C.Hüseynovun bibisi oğlu, təqsirləndirilən Elşən İsmayılov ifadə verib.
Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət itithamçısı E.İsmayılovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Növbəti proses martın 11-ə təyin edilib.

Xatirladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev “Facebook”da futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada keçinib.
Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.

C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərdən ayrılıb.