Gəncədə çempionu qohumuna görə güllələyiblər (TƏFƏRRÜAT)backend

Gəncədə çempionu qohumuna görə güllələyiblər (TƏFƏRRÜAT)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pulunu ala bilməyən alverçi Elmir Cəlilovun qohumundan Gəncədə kriminalla bağlılığı olan şəxslərə şikayət edib. Onlar borclunu “Kəpəz” mehmanxanasının qarşısında görüşə çağırıblar. Elmir Cəlilov isə həmin vaxt dostları ilə çayxanada imiş. Həyat yoldaşının xalası ona zəng edərək, görüş yerinə gəlməsini və onu tək qoymamasını xahiş edib.
Elmir Cəlilov fevralın 20-si saat 23 radələrində “Kəpəz” mehmanxanasının qarşısını gəlib. Qarşı tərəfdən söhbətdə dörd nəfər iştirak edib. Mübahisə yaranıb, tərəflər arasında dava düşüb. Elmir Cəlilova gücü çatmayacağını görən 1984-cü il təvəllüdlü Anar Tağıyev maşınında gəzdirdiyi tüfəngdən atış açıb və ikiqat Azərbaycan çempionunu qətlə yetirib.

Gəncədəki mənbəmizin verdiyi məlumata görə, Anar Tağıyev şəhərdə kriminal əlaqələri ilə tanınır. Onun atası Şahin Tağıyev Rusiyada yaşayır. Onunda da kriminal bağlantıları var.

İnterpress.az