Bakıda qəzaya düşmüş avtobusun sürücüsü saxlanılıb-VİDEObackend

Bakıda qəzaya düşmüş avtobusun sürücüsü saxlanılıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qəza törədən 62 saylı sərnişin avtobusunun sürücüsü Anar İsmayılov saxlanılıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis idarəsində sürücünün izahatı alınıb.

Hadisə ilə bağlı Cinayət məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq cinayət işi başladılıb.

İstintaq hərəkətlərı davam etdirilir. (lent.az)

* * *13:10

“Bu gün səhər saatlarında baş verən qəzaya 36 saylı marşurutun sürücüsü səbəb olub. İctimai nəqliyyatda sürət həddi 60 olmasına baxmayaraq, 90-100-lə sürüb”.

Bunu virtualaz.org saytına açıqlamasında 62 saylı marşurutun məxsus olduğu “Sahil” MMC-nin rəhbəri Alim Rəcəbov deyib.

Onun sözlərinə görə, 36 saylı avtobusun sürücüsü sürət həddini aşmaqla 62 saylı avtobusa çırpılıb: “36 saylı avtobus bizim avtobusun arxa təkərindən vurub. Bizim firmaya məxsus avtobusda sürücülərlə əmək müqaviləsi bağlanır. Amma 36 saylı marşurutun sürücüsünün sənədləri olmayıb. Buna görə də, 36 saylı marşurutun sürücüsü hadisə yerindən qaçıb”.

A.Rəcəbov bildirib ki, qəza nəticəsində 62 saylı avtobusda olan sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Ölüm hadisəsi isə 36 saylı marşurutda baş verib.

Qeyd edək ki, ilkin məlumatda 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusunun “Nissan” markalı minik avtomobili ilə toqquşması nəticəsində avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirovun dünyasını dəyişdiyi bildirilir.

Bu gün baş vermis hadisə nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Onlardan 4-nün vəziyyəti ağırdır.