Ramil Usubovdan yeni təyinatlarbackend

Ramil Usubovdan yeni təyinatlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib.

İnterpress.az xəbər verir ki, AzVision.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Xətai rayon Polis İdarəsinin Narkotiklərə qarşı mübarizə şöbəsinin rəisi Fəxrəddin Hacıyev tutduğu vəzifədən azad edilib.

O, Zərdab rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Füzuli rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Elşən Qayıbov Beyləqan RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

İnterpress.az