Eldar Sabiroğlu Siyavuş Novruzova: “Mən siyahını açıqlayanda nə deyəcəksən?”backend

Eldar Sabiroğlu Siyavuş Novruzova: “Mən siyahını açıqlayanda nə deyəcəksən?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qeyd edək ki, Eldar Sabirğlu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sahib olduğu bütün mülklərin siyahısını açıqlayacağını bildirmişdi. Eldar Sabiroğlu digər məsələlərlə yanaşı, onu da yazıb ki, PA rəhbəri Ramiz Mehdiyev Rusiyanın ən inanılmış adamı olaraq, Azərbaycanın Qərb və Avropa ilə münasibətlərinin korlanmasında rol oynayıb.

Eldar Sabiroğlunun bu yazıısına hakimiyəətin cavabı gecikməyib. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az saytına açıqlamasında bildirib ki, Eldar Sabiroğlu gündəmdə qalmaq üçün hər üsula əl atır.

“Bu adam gündəmdə qalmaq üçün bilmir ki, nə etsin. Dedikləri də başdan-ayağa yalandır. Daha ona başqa heç nə demək istəmirəm”.

“Siyavuş Novruzovun bu açıqlamasına münasibətiniz necədir” sualı ilə Eldar Sabiroğluna müraciət etdik. Müdafiə Naizrliyinin sabiq yetkilisinin cavabı sərt oldu: “Bu varlıq nə danışdığının fərqinə varmır. Bu səbəbdən də ən müxtəlif sahələr üzrə mütəxəssisləşmiş belə birisindən inciməyin yeri yoxdur. Deməli, ona görə mətbuata çıxmaq, hansısa məsələyə dair fikir bildirmək gündəmdə qalmaq kimi başa düşülür. Dərrakə bu qədərdir. Belə çıxır ki, söz gərək dilinə gətirməyəsən, etdinsə, ya gündəmdə qalmaqla səni topa tutacaqlar, ya da vəzifə almaq üçün “dəridən-qabıqdan” çıxmaqda ittiham edəcəklər. Bəs görəsən, onun özü cəmiyyətdə ikrah doğuran atmacaları ilə tez-tez podiuma çıxanda heç düşünürmü ki, camaat hansı sözləri dilə gətirir”.

Eldar Sabiroğlu həmçinin bildirdi ki, Siyavuş Novruzovu bu açıqlamanı verməyə Ramiz Mehdiyev vadar edib: “Ramiz Mehdiyevin halına həm də ona görə acıyıram ki, gör kimi özünə sözçü saxlayır… Və daha acınacaqlısı odur ki, bu gün belə birisi praktiki olaraq partiya aparatına rəhbərlik edir… Mən o varlığa çatdırmaq istəyirəm ki, çox yaxın günlərdə Administrasiya rəhbərinin hansı mülklərə sahib olduğu barədə verdiyim vədi yerinə yetirəcəyəm. O zaman varlığın nə danışacağı maraqlı olardı”.(bastainfo.com)

Siyavuş Novruzovun Eldar Sabiroğlu ilə bağlı açıqlamasını buradan oxuyun

İnterpress.az