Moskvada Putinin daha bir əleyhdarı öldürüldübackend

Moskvada Putinin daha bir əleyhdarı öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donbasdakı separatçıların keçmiş lideri İqor Qirkin Moskvada öz mənzilinin girişində öldürülüb. Rusiya mətbuatı xəbər verir ki, onu başından güllələyərək öldürüblər.
Qatilin kim olduğu açıqlanmır. Lakin hər kəsə bəllidir ki, son dövrlərdə Qirkin Rusiyanın Donbası və Krımı işğal etdiyi zaman törədilən zorakılıqlar haqqında mətbuata açıqlamalar verirdi. O, Rusiya prezidenti Vladimir Putinə qarşı çıxışlar edirdi.

İqor Qirkin (Strelkov) günahsız insanların edam olunmasına göstərişlər verməsindən danışmışdı. Demişdi ki, Donbas terrorçularının cinayətləri haqqında həddindən çox məlumatlara malik olduğu üçün beynəlxalq tribunaladək özünün sağ qalacağına inanmır. Bu haqda “Komsomolskaya pravda” radiosu məlumat vermişdi.

Qirkin belə bir etiraf etmişdi: “Bizdə hərbi məhkəmə fəaliyyət göstərirdi və 1941-ci ilin qanunları tətbiq olunmuşdu. O qanunlara əsaslanaraq biz məhkəmə ququrduq və insanları güllələyirdik. Mən Slavyanskda olarkən 4 nəfər bu yolla güllələnib”.

Qirkin həmçinin qeyd etmişdi ki, Luqansk və Donbasdakı rejimlərin aqibəti Kremlin əlindədir və bu “respublikaların” yaranması yerli əhalinin maraqlarına qəti cavab vermir.(bastainfo)

İnterpress.az