“MH 17: 53-cü zenith-raket briqadasının potensial şübhəliləri və şahidləri” adlı sənəddə peykdən çəkilən şəkillər, geolokasiya və sosial şəbəkələrdən əldə olunan informasiyalar əsasında cinayət faktının əsas səbəbkarlarının adı müəyyənləşib.
Müəyyənləşib ki, 53-cü zenith-raket briqadasının rəhbərliyi “Buk-M1” özüyeriyən atrilleriya qurğusunu Donbasda vuruşan separatçılara veriblər.
“Buk-M1” 2014-cü il iyunu 23-25-i tarixlərində Kursk şəhərindən Donetskə gətirilib. Hadisə isə bundan təxminən 1 ay sonra, iyulun 17-də baş verib.
53-cü zenit-raket briqadasının komandiri Sergey Muçkayev və həmin briqadanın 2-ci batalyonunu 14 hərbçisi, o cümlədən batalyon komandiri polkovnik-leytenant Dmitri T. Malaziya təyyarəsinə atəş açan əsas şübhəlilər hesab olunur.
2014-cü il 17 iyulda Donetk səmasında vurulan təyyarədə 298 sərnişin həlak olmuşdu. (modern.az)
İnterpress.az