Yol qəzası törədən avtobus sürücüsü beynəlxalq axtarışdabackend

Yol qəzası törədən avtobus sürücüsü beynəlxalq axtarışda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpol saytı 1982-ci il təvəllüdlü Telman Allahverdiyevi axtarışa verib. O, yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilir. T.Allahverdiyev ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, T. Allahverdiyev 2015-ci ildə avtobus qəzası törədib. Bakının Bilgəh qəsəbəsində 1982-ci il təvəllüdlü Telman Oruc oğlu Allahverdiyevin idarə etdiyi \”Daewoo\” markalı, 172 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu 1978-ci il təvəllüdlü Ramiz İsmayılovunidarə etdiyi VAZ 21011 markalı avtomobillə toqquşub.

Qəza nəticəsində R. İsmayılov hadisə yerində ölüb. (apa.az)

İnterpress.az