Vizasız ölkələrin dünya reytinqi AÇIQLANDI- Azərbaycan 75-cidirbackend

Vizasız ölkələrin dünya reytinqi AÇIQLANDI- Azərbaycan 75-cidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Reytinqdə xarici ölkələrə vizasız səfər etməyə imkan verən ölkələrin adları yer alıb.
62 ölkəyə vizasız səfər etməyə imkan verən Azərbaycan pasportu reytinqdə 75-ci pillədə qərarlaşıb.

Vətəndaşlarına 57 ölkəyə vizasız səfər etmək imkanı verən Ermənistan 80-ci, 67 ölkəyə vizasız səfər edən Gürcüstan vətəndaşları 71-ci, 37 ölkə ilə vizasız rejimin qüvvədə olduğu İran 98-ci, 102-i ölkə ilə vizasız rejmi olan Türkiyə isə 51-ci pillədədir.

43-cü pillədə olan Rusiya pasportu ilə isə 104 ölkəyə getmək mümkündür.

İlk pillələri Almaniya (177 ölkə) və İsveçrə (176 ölkə) bölüşür.

İnterpress.az