Azərbaycanda 1 yaşlı uşaq qaynar suda yandıbackend

Azərbaycanda 1 yaşlı uşaq qaynar suda yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə rayonun Şahnəzərli kəndində qeydə alınıb. 21.01.2015-ci il təvəllüdlü Əli Rəşid oğlu Sultanov ağır yanıq xəsarətləri alıb. Ehtiyatsızlıqdan termosdakı qaynar su uşağın üstünə dağılıb. Hadisəyə səbəb valideynlərin ehtiyatsızlığı olub.

O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın travmatologiya şöbəsinin müdiri Ağayar Quliyevin verdiyi məlumata görə, azyaşlıya sol yuxarı ətrafın, döş qəfəsinin ön tərəfinin və qarnın ikinci dərəcəli texniki yanığı diaqnozu qoyulub. hazırda uşağın vəziyyəti ağırdır.

İnterpress.az