Polis maşınını əzən Şahin Bəylərovun yeni çəkic davası-VİDEObackend

Polis maşınını əzən Şahin Bəylərovun yeni çəkic davası-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda kondisioner ustalığı ilə məşğul olan 42 yaşlı Şahin Bəylərov hadisə baş verən zaman oğlunu Nərimanov rayonundakı idman zallarından birinə qoyub qayıdırmış.

Ailəli, 2 uşaq atası olan Şahin Bəylərovun hansı səbəbdən üstündə çəkic gəzdirməsinə gəlincə, məlum olub ki, o, şərq idman növləri ilə məşğul olurmuş və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün bu alətdən istifadə edirmiş.

Ş.Bəylərov barəsində 3 maddə üzrə cinayət işi açılıb. Onun çəkiclə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, “99 YP 423” dövlət qeydiyyat nişanlı avtomobili əzməsi və üzərindən narkotik maddə tapılmasına görə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), 234-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) və 186-cı (əmlakı qəsdən məhv etmə) maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.