Bakıda 17 yaşlı əfqan qız 12-ci mərtəbədən yıxılaraq ölübbackend

Bakıda 17 yaşlı əfqan qız 12-ci mərtəbədən yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Həmin binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.(apa)

İnterpress.az