Bu barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verib.
A.Əliyeva deyib ki, yanvarda 2211 nəfər suçiçəyinə yoluxub. Bu göstərici isə ötən ilin ilk ayı ilə müqayisədə çoxdur. Lakin ümumilikdə xəstəliyə yoluxma göstəricisi ildən-ilə azalır: “2015-ci ildə 11595 yoluxma halı qeydə alınıb. Bu isə 2014-cü ilin göstəricisi ilə müqayisədə 16,4% azdır. 2014-cü ildə suçiçəyinə yoluxanların sayı 13867 nəfər olub”.
Direktor müavini xəstəliyin hava-damcı vasitəsilə yayıldığını, buna görə də, yoluxanların izolyasiya edilməsinin vacib olduğunu dedi: “Suçiçəyinə xüsusilə uşaqlar yoluxurlar. Buna görə də, xəstəliyə yoluxmuş uşaqlar ev şəraitində müalicə almalıdırlar. Xəstə uşaqlar bağçaya buraxılmamalı, həkim nəzarətində saxlanmalıdırlar”.
A.Əliyev deyir ki, yoluxma ilə bağlı sanitar həkimlərinə məlumat verilir: “Dünyada suçiçəyi xəstəliyinə qarşı peyvənd aparılmır. Buna baxmayaraq, Azərbaycanda xəstəliyin yayılmaması üçün tədbirlər həyata keçirilir”. (virtualaz.org)
İnterpress.az