Bu sözləri B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O qeyd edib ki, əvvəllər nikahdan öncə müayinələr könüllü olduğundan çox az adam müraciət edirdi. Nikah öncəsi cütlüklərin müayinəsi aparılmadığı üçün indiyə kimi talassemiyaya görə hamiləliyi sonlandıranlar da olmayıb.
Z.Əlimirzəyeva qeyd edib ki, hazırda 4 aylıq hamilə olan iki talassemiya daşıyıcısı qadından dölyanı maye müayinə üçün götürülüb.
“Onların nəticələri yaxın zamanda aşkarlanacaq və buna uyğun olaraq hamiləliyin sonlandırılıb-sonlandırılmaması ilə bağlı qərar qəbul ediləcək”.
İnsitutu direktoru müəyyən qeyri-leqal yollarla nikahdan əvvəl müayinələrdən yayınanların olmadığını qeyd eidb.
“Bu müayinələr dövlət tərəfindən aparılır. Hələlik pulla yalançı diaqnoz yazdırılanlar yoxdur. Buna görə həmin həkimlər böyük məsuliyyət daşıyırlar”.(modern)
İnterpress.az