“Polis meyitlərin arasında başı dağıdılmış uşağını gördü” – İlk şahidbackend

“Polis meyitlərin arasında başı dağıdılmış uşağını gördü” – İlk şahid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konfransda çıxış edən L.Markoviç qeyd edib ki, 1989-92-ci illərdə Gəncədə SSRİ qoşunları tərkibində hərbi xidmətdə olub: \”Gəncə aeroportu Dağlıq Qarabağa yaxın aeroport idi. Mən helikopter komandiri idim. 1991-ci ilin dekabrında dinc əhalini Dağlıq Qarabağ ərazisindən müharibə olmayan ərazilərə daşıyırdım. 1992-ci ilin fevralın 27-də Gəncəyə qayıdanda Xocalının şərqində 2 km məsafədə dağın ətəyində rəngli paltarlı dinc əhali gördüm. 500 metr məsafəyə endim və gördüm ki, yaralı olan dinc əhalini ermənilər güllələyirlər. Ermənilər Azərbaycan vertolyotunu görəndə atəş açmağa başladılar. Gəncəyə gəlib hadisə barədə Azərbaycan rəhbərliyinə məruzə etdim.O zamankı prezident Ayaz Mütəllibovun köməkçisi Gəncəyə gəlib dedi ki, siz hadisə baş verən ərazini tanıyırsınız, jurnalistləri həmin yerə çəkiliş üçün aparın.

Jurnalistlər arasında Çingiz Mustafayev də var idi. O zaman Çingizə çox böyük inam vardı. İnanırdılar ki, o doğru məlumat ötürəcək, çəkiliş üçün cəmi 5 dəqiqə vaxt var idi. Biz havada 5 dəqiqə uçuş etməli idik. Çünki ermənilər bizi görürdülər və atəş aça bilərdilər. Həmin çəkiliş sayəsində dünya bu qətliamdan xəbərdar oldu\”.

Markoviç daha bir məqamı xatırlayıb:

\”Qətliam baş verən yeri çəkmək üçün jurnalistlər aşağı düşəndə 2-3 dəqiqə hadisənin şokundan tərpənə bilmədilər. Biz onları tələsdirirdik. Meyitlər bir-birindən aralı idilər ona görə də yerdən çəkiliş mümkün deyildi. Səmadan isə aydın görünürdü. İnsan əsəbləri bunu qəbul edə bilmirdi. Aramızda bir polis kapitanı var idi. O meyitlərin arasında başı dağıdılmış uşağını gördü. Uşağını qucağında helikopterə gətirəndə biz artıq uçurduq, çünki bizə atəş açırdılar. Polis kapitanı oğlunun helikopterə yerləşdirdi, lakin əlləri boşaldı. Məncə, o artıq ağlını itirmişdi. Helikoptetə qalxmağa taqəti qalmamışdı. Onu bizim əməkdaşlar mindirdi\”.

Pilot bildirib ki, əgər Beynəlxalq məhkəmə olarsa, şahid qismində çıxış etməyə hazırdır: \”Mənim üçün heç bir fakta ehtiyac yoxdur\”.