Ermənilər Xocalıdakı torpaq sahələrini satışa çıxardılar – FOTOLARbackend

Ermənilər Xocalıdakı torpaq sahələrini satışa çıxardılar – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress xəbər verir ki, modern.az saytının əməkdaşı ermənilərin daşınmaz əmlak satışına dair elanlar yerləşdirdiyi saytlardan birində Xocalıya aid yeni xəbərlə qarşılaşıb.

Məlum olub ki, Xocalıdakı torpaq sahələri daşınmaz əmlak kimi ayrı-ayrı ermənilərin adından satışa çıxarılıb.

Bu haqda Ermənistanda daşınmaz əmlak satışına dair elanların yerləşdirdirildiyi saytlarda bildirilib.

Məsələn, Xocalıdakı şəkilləri təqdim olunmuş bu torpaq sahəsi 58.000 ABŞ dollarına (28.4 milyon Ermənistan dramı) satışa qoyulub. Elanda qeyd olunub ki, satışa çıxarılan ərazi 6000 kv.metr sahəyə malikdir. Ərazidə yarımçıq tikili, tikinti materiallarının olduğu da qeyd edilib. Torpaq sahəsinin “sahibi” onu 2 otaqlı mənzillə dəyişə biləcəyini bildirir.

Qeyd edək ki, erməni saytlarında Xocalı şəhəri İvanyan adı ilə təqdim edilir.

Ermənilər Xocalıdakı torpaq sahələrini satışa çıxardılar - FOTOLAR

Ermənilər Xocalıdakı torpaq sahələrini satışa çıxardılar - FOTOLAR

Ermənilər Xocalıdakı torpaq sahələrini satışa çıxardılar - FOTOLAR

İnterpress.az