Polis əməkdaşları bildiriblər ki, hazırda içəridə müğənninin iki qohumu və Əli Mirəliyevdən başqa heç kim yoxdur.
Onlar qeyd edib ki, hüquq- mühafizə orqanlarının rəhbərləri də hadisə yerinə gələcək. Binanın qarşısında təcili tibbi yardım maşını dayanıb.
Xalq artistinin meyiti ekspertizaya aparılacaq.
***
Artıq hadisə yerinə prokurorluq əməkdaşları da gəlib.
***
Əli Mirəliyev İlhamə Quliyevanın ölüm səbəbindən danışıb. Həmin kadrları təqdim edirik:https://youtube.com/watch?v=063bNDuf7LQ