Almaniya “erməni soyqrımı”nı müzakirə edəcəkbackend

Almaniya “erməni soyqrımı”nı müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Federal Məclisində bu gün Birinci Dünya Müharibəsi zamanı yüz minlərcə erməninin öldürülməsi ilə bağlı müzakirələr aparılacaq.
İnterpress.az-ın “Deutsche Welle”ə istinadən verdiyi xəbərə görə, Almaniya Yaşıllar Partiyası Türkiyədə ermənilərin qətlə yetirilməsini “erməni soyqrımı” kimi tanınmasını istəyir.

Almaniya Yaşıllar Partiyasının müttəfiqləri olan Xristiyan Birlik (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD), mühacirlər mövzusundakı işbirliyini təhlükəyə atmamaq üçün bu təklifə dəstək verməyəcəklərini bildiriblər.

Almaniya “erməni soyqrımı”nı müzakirə edəcək

Qeyd edək ki, bu mövzu ötən il də Almaniya Parlamentində Məclisin gündəminə gəlmişdi.
Birinci Dünya Müharibəsində yüz minlərcə erməninin qətlə yetrildiyini iddia edən Almanya Parlamentinin sədri Norbert Lammert bunun ölkəsində də “erməni soyqrımı” kimi tanınmasına çalışır:“Dünya ictimayiətinin gözləri önündə, Birinci Dünya Müharibəsi zamanı Osmanlı imperatorluğunda yaşananlar soyqrım idi. Bu isə XX yüzilliyin son soyqrımı olmadı”.

İnterpress.az