Səfir: “Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın yeni sahələri üzrə araşdırma aparılır”backend

Səfir: “Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlığın yeni sahələri üzrə araşdırma aparılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Quba rayonunda səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık deyib. O bildirib ki, Böyük Britaniya hazırda Azərbaycanın ən böyük xarici sərmayədarıdır və Azərbaycana yatırılan xarici sərmayənin 50 faizindən çoxu Britaniyaya məxsusdur.

Səfir Azərbaycan Respublikası hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Londonda keçirilən ilk iclasının məqsədinin yeni əməkdaşlıq sahələrinin araşdırılması olduğunu vurğulayıb: “Bilirsiniz ki, indi bizim əsas əməkdaşlığımız enerji sahəsindədir. Çox məmnunluqla deyə bilərik ki, son görüşdə biz potensial olaraq hansı sahələrdə əməkdaşlıq edəcəyimizi özümüz üçün araşdırdıq. Nümunə üçün yeni Bakı limanını, təhsil sahəsini, su sistemləri sahəsini qeyd edə bilərik”.

Diplomat hazırda davamı olaraq əməli işə necə keçmək barədə danışıqlar aparıldığını deyib. (apa)

İnterpress.az