Azərbaycan-İran işgüzar görüşü keçirildibackend

Azərbaycan-İran işgüzar görüşü keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat veriblər. Xəbərdə deyilir ki, tədbirdə mədən, qida, kimya, yüngül sənaye, tikinti və mebel istehsalı sahələrində fəaliyyət göstərən 25-dən çox iranlı iş adamı iştirak edib. Azərbaycan tərəfi isə analoji sahələrdə fəaliyyət göstərən sahibkarlarla təmsil olunub.

Qeyd edək ki, Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır.

Tədbirdə İran iş adamlarına Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investorlar üçün yaradılmış əlverişli şərait barədə geniş məlumat verilib.İranın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayin ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi iqtisadi sahədə də uğurla davam etdiyini vurğulayıb.

İki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran səfir Pakayin yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilmiş görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini xüsusi qeyd edib. İşgüzar görüş Azərbaycan və İran iş adamlarının əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edir. (virtualaz.org)

İnterpress.az