“BakuBus”un avtobusu yolunu dəyişirbackend

“BakuBus”un avtobusu yolunu dəyişir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”BakuBus\” avtobusu hərəkət istiqamətini dəyişdi. Qurumdan ANS PRESS-ə verilən məlumata görə, dəyişiklik fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimi ilə əlaqədardır.

Belə ki, Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. \”BakuBus\”-a məxsus 14 saylı marşrut xətti bu səbəbdən hər iki istiqamətdə Xətai metro stansiyasının önündən keçməyəcək.

"BakuBus"un avtobusu yolunu dəyişir

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Xocalı faciəsinin ildönümü, “Ana harayı”abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirakla əlaqədar sürücülərə xəbərdarlıq edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədovun verdiyi məlumata görə, fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Səhər saat 08:00-dan tədbir tam başa çatana qədər İzzət Orucova, Ayaz İsmayılov, Heydərəli Tağızadə, Rövşən Əliyev, Fəzail Bayramov və Sergey Senyuşkin küçələrindən Xocalı prospektinə doğru avtomobillərin istiqaməti dəyişdiriləcək.(anspress)

İnterpress.azc