Flora Kərimova İlhamə Quliyevanın ölümünə susurbackend

Flora Kərimova İlhamə Quliyevanın ölümünə susur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi müğənni İlhamə Quliyeva fevralın 25-də səhər saatlarında dünyasını dəyişib. Report.az saytının yaydığı məlumata əsasən xalq artistinin nəşi üzərində aparılan ekspertizanın ilkin nəticələrinə görə, müğənni trombdan (qan damarının tutulması) ölüb. Sənət adamları, dostları xalq artistinin ölümü ilə bağlı fikirlər səsləndirib, öz xatirələrini bölüşüblər. Bəs görəsən 30 ilə yaxındır İlhamə Quliyeva ilə çəkişmələr, intriqalar, söz davaları olan xalq artisti Flora Kərimova rəqibinin ölümü ilə bağlı nə düşünür?

Sualımıza cavab tapmaq üçün xalq artisti ilə əlaqə saxladıq. Flora xanımın əvəzinə zəngimizə cavab verən köməkçisi Yaqut xanım bildirib ki, xalq artisti bu məsələdə susur: “Flora xanım heç bir sayta danışmır, açıqlama vermir. Deyib ki, 20 gün bu barədə danışmayacaq. Lakin övladları İlhamə Quliyevanın ölümü ilə bağlı onun yaxınlarına başsağlığı verir”. “Niyə məhz 20 gün?” sualımıza köməkçisi cavab olaraq səbəbini bilmədiyini deyib.

Adətən müsəlman aləmində insanın ölümündən sonra bütün parametrlər üzrə 40 gün gözləmə ənənəsi var. Bəzən isə 40 gün bir illə əvəz olunur. Lakin ilk dəfə idi ki, ölən adamın haqqında 20 gün danışmamaq məlumatı ilə üzləşdik. Yəqin ki, hörmətli xalq artistimiz Flora Kərimova “20 gün müəmması” ilə bağlı yaxın günlərdə müsavat.com-a geniş açıqlama verəcək.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi fevralın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata görə xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.

İnterpress.az