Federika Mogerini Ermənistana səfər edəcəkbackend

Federika Mogerini Ermənistana səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress-in “armenpress.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər.

Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında baş tutacaq səfər çərçivəsində F. Moqerini Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək. E. Nalbandyanla F. Moqerininin birgə mətbuat konfransı da keçiriləcək.

Qeyd edək ki, Ermənistandan öncə F. Mogerini Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində F. Mogerininin Azərbaycan rəsmiləri, o cümlədən, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü olacaq.

İnterpress.az