Xəzərin Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşibbackend

Xəzərin Neftçala sahillərində meyiti tapılmış şəxsin neftçi olduğu müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOCAR-dan verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsədi tapılan şəxs SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğludur.

O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və \’\’Günəşli\’\’ yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.(apa)

İnterpress.az