Bal üçün də standart təsdiqləndi: Təmiz bal belə müəyyənləşdiriləcəkbackend

Bal üçün də standart təsdiqləndi: Təmiz bal belə müəyyənləşdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbərdə deyilir ki, komitə AZS 849-2016 “Bal” dövlət standartı təsdiq edib.

Bu standart emala verilən və bilavasitə istifadə üçün nəzərdə tutulan bütün bal növlərinə və sənayedə tətbiqi üçün və ya digər qida məhsullarının inqrediyenti kimi istifadəsi üçün nəzərdə tutulan bal növlərinə aiddir.

Standarta əsasən satışa buraxılan təmiz balın tərkibində, baldan başqa heç bir digər yeyinti inqrediyenti, o cümlədən qida əlavələri və ya başqa əlavələr olmamalıdır. Həmçinin balın tərkibində heç bir kənar maddələr, onun emalı prosesində və saxlanması nəticəsində digər elementlərin təsirindən əmələ gələn iy, dad, qarışıqlar olmamalıdır. Standarta əsasən bal fermentasiya və qıcqırmaya məruz qalmamalıdır. Balı onun əsas tərkibinin dəyişəcəyi və ya keyfiyyətinin aşağı düşəcəyi qədər qızdırmaq və ya emal etmək olmaz. Habelə balın kristallaşmasına təsir etmək məqsədi ilə kimyəvi və ya biokimyəvi emalı tətbiq etmək olmaz və bal insan sağlamlığı üçün təhlükə yarada biləcək miqdarda ağır metallardan azad olmalıdır.

Məlumat üçün bildirək ki, təbii bal bal verən arıların çiçəklərin nektarından, həmçinin bitkilərin yarpaq və saplaqlarından topladıqları şirədən və yapışqanlı şirin mayedən istehsal etdiyi, təbii şirin məhsuldur. (virtualaz.org)

Interpress.az