Xeyriyyə yarmarkasında iştirak et, İbrahimin qəhrəmanı ol!-VIDEObackend

Xeyriyyə yarmarkasında iştirak et, İbrahimin qəhrəmanı ol!-VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İbrahimin müalicəsi üçün tələb olunan məbləği yığmaq üçün bir neçə könüllü tələbə yarmarka təşkil etmək qərarına gəlib.

Sözü gedən Xeyriyyə Yarmarkası 27-28 fevral tarixlərində, 28 Mall Ticarət Mərkəzində səhər saat 11:00-dan 21:00-a qədər baş tutacaqdır.

Yarmarkada kitablar, suvenirlər, əl işləri, rəsm əsərləri, bijüteriya və aksessuarlar, yumşaq oyuncaqlar satılacaq.

Qəlbində mərhəmət hissi olan hər kəsi İbrahimə dəstək olmağa və yarmarkada iştirak etməyə çağırırıq!

Qeyd edək ki, hazırda Türkiyədə müalicə alan İbrahimin maddi dəstəyə daha çox ehtiyacı var. Çünki vətəndaşlığı və Sosial zəmanəti olmadığı üçün müalicəsini özəl bir xəstəxanada davam etdirmək məcburiyyətində qalan İbrahim üçün yaxınları yardım kampaniyası təşkil edib. İstanbul valiliyinin dəstəyi ilə kampaniya daha geniş şəkildə təşkil edilib.
İbrahimə ən böyük dəstək isə fanatı olduğu “Beşiktaş”lı futbolçularından gəlib. Mario Qomez, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç, Cenk Tosun və Tolqa Zengin azərbaycanlı gəncə dəstək mesajları göndərib. Futbolçular bununla yanaşı, imzaladıqları formanı İbrahimə göndərib. Rokçu Hayko Cepkin də İbrahimə dəstək verənlər arasında olub. “Beşiktaş”lı futbolçular və Cepkinin mənəvi dəstəyinə görə təşəkkür etmək istəyən İbrahim öz videosunu çəkərək sosial şəbəkədə paylaşıb.
İki gün əvvəl ad gününü qeyd edən İbrahimə yaxın günlərdə ikinci dəfə kimyaterapiya müalicəsi tətbiq olunacaq. Bundan sonra isə gənc oğlana ilik nəqli ediləcək.

Xeyriyyə yarmarkasında iştirak et, İbrahimin qəhrəmanı ol!-VIDEO