Ermənilər ilk dəfə Xocalı faciəsini etiraf etdi – FOTObackend

Ermənilər ilk dəfə Xocalı faciəsini etiraf etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, \”epress.am\” xəbər portalı \”Azərbaycanda Xocalı faciəsinin ildönümünü qeyd edilir\” başlıqlı yazı dərc edib.

Yazıda qeyd edilir ki, Xocalı faciəsinin 24-cü il dönümü Azərbaycanda geniş miqyasda yad edilir:

\”Rəsmi Bakı Xocalı faciəsini soyqırım adlandırır. Amma erməni tərəfi bu hadisələri Xocalı aeroportunu \”blokada\”dan çıxarılması üçün keçirilən əməliyyatlar zamanı baş verdiyini iddia edir. Əsas matəm tədbirləri Bakıda keçirilir. Həmçinin ölkə rəhbərliyinin nümayəndələri və xalq hadisə qurbanlarının şərəfinə ucaldılmış \”Ana fəryadı\” heykəlini ziyarət edir, abidə önünə gül dəstələri qoyurlar\”.

Sayt Xocalı faciəsi ilə bağlı rəsmi statistikanı da dərc edib. (baku.ws-ə)

İnterpress.az