Şagirdin bıçaqlanmasının səbəbi-Ana söyüşübackend

Şagirdin bıçaqlanmasının səbəbi-Ana söyüşü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə şagirdlərin bir-birinin valideynlərini söyməsinə görə baş verib. Bildirilir ki, hadisəni törədən 8-ci sinif şagirdi Əli bir neçə il öncə anasını itirib. Sinif yoldaşı İlkin isə dünən aralarında yaranmış mübahisə zəminində Əliyə “ana söyüşü” söyüb. Bundan qəzəblənən Əli bu gün dərsə gələn kimi söyüşə üç bıçaq zərbəsi ilə cavab verib. Hadisədən sonra məktəbin idman müəllimi Mübariz tərəfindən Sabunçu rayon xəstəxanasında çatırılan İlkin dərhal əməliyyat olunub. Redaksiyaya daxil olan digər məlumata görə, ötən ilin sentyabrında 136 saylı məktəbə direktor təyin olunmuş Yaqut Paşa qızı Məmmədova baş vermiş hadisənin üstünü ört-bastır etmək, məsuliyyəti öz üzərindən atmaq üçün müxtəlif cəhdlər göstərir. İlk növbədə cinayət işlətmiş şagirdə izahatında hadisənin sinif otağında deyil, məktəbin həyətində baş verdiyini yazması tapşırılıb. Bundan başqa məktəbin direktorunun polisə rüşvət vermək adı ilə müəllimlərdən pul yığdığı da verilən məlumatlar sırasındadır. Əlavə olaraq bildirilir ki, xəbər yayılandan sonra məktəbə yollanan televiziya əməkdaşlarına çəkiliş aparmağa da icazə verilməyib. Direktorun belə canfəşanlıq etməsinin səbəbinə gəlincə, bunu məktəbdə bir neçə dəfə buna bənzər hadisələrin törədilməsiylə əlaqələndirirlər. (aznews.az)

İnterpress.az