Bu, UEFA-nın baş katibi Canni İnfantinodur.
O, ikinci turda 115 səslə birinci yeri tutub. Şeyx Salman ibn İbrahim əl-Xəlifə 88, Əli ibn əl-Hüseyn 4 səs toplayıb. Jerom Şampana isə heç kim səs verməyib. Qaydalara əsasən, səslərin yarıdan çoxunu topladığı üçün C.İnfantino FİFA prezidenti olub.
Yeni FİFA prezidenti 2019-cu ilədək bu vəzifədə çalışacaq.
İnterpress.az