Bu balığı alıb həyatınızı təhlükəyə atmayın – dəhşətli  – FOTObackend

Bu balığı alıb həyatınızı təhlükəyə atmayın – dəhşətli – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniyanın paytaxtı Tallində yaşayan Dmitri Çernıy \”Prisma Peremarketid\” supermarketindən aldığı qızılbalığı bişirmək istəyəndə şoka düşüb.

Balığı duzlayıb soyuducuya qoyan D.Çernıy ertəsi gün səhər saatlarında balığı penoplast qabdan çıxarmaq istəyəndə orada seliyəbənzər substansiya görüb.

\”Elə bildim, selikdir. Lakin bu seliyin üzərinə iki damla limon turşusu tökəndən sonra o, hərəkət etməyə başladı. Yaxşı ki, fotokameram var, hər şeyi çəkdim. Məncə, balıq qutusunda tərpənən anizakidoz və ya nematodlardır\”, – Dmitri Çernıy Facebook səhifəsində yazıb.

\”Prisma Peremarketid\”də satılan bu qızılbalıq (forel) Azərbaycanda da satılır. Həmin balığı Estoniyadan idxal edərək ölkədəki supermarketlərə paylayırlar.

Fəqət, anizakidozun müalicəsi yoxdur. \”Mebendazol\” və \”tiabendazol\” kimi preparatlar müəyyən fayda versə də, sonucda bağırsaqda resessiya yaranır.

Bu canlılar duzlu və hisə verilmiş balıqlarda da olur. (milli.az)

Bu balığı alıb həyatınızı təhlükəyə atmayın - dəhşətli  - FOTO
Bu balığı alıb həyatınızı təhlükəyə atmayın - dəhşətli  - FOTO

İnterpress.az