Almaniya parlamenti erməniləri məyus etdibackend

Almaniya parlamenti erməniləri məyus etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Alman deputatlar qətnamə layihəsinin geri qaytarılmasına səbəb kimi onun natamam olmasını göstəriblər. Bundestaq nümayəndələri Cem Özdəmirə bildiriblər ki, layihə parlamentin bütün siyasi gücləri və fraksiyaları ilə razılaşdırılmalıdır. Onlar layihənin vahid sənəd şəklində rəsmiləşdirmək barədə qərar qəbul ediblər. Sənəd növbəti dəfə qondarma soyqırımın baş verdiyi günə qədər səsverməyə çıxarılmalıdır.

Özdəmir bildirib ki, bu sənəd bütün xristian kilsələrinin nümayəndələri tərəfindən təsdiq edilib. “Onların hamısını bir arzu birləşdirir. Çünki 100 il bundan əvvəl Osmanlı imperiyasında ermənilarə qarşı edilənlər “soyqırım” idi. Ona görə də belə adlandırılmalıdır”, – deyə almanliyalı deputat bildirib.

Türk əsilli siyasətçi qondarma soyqırıma görə, almanları da ittiham etməkdən çəkinməyib. O əlavə edib ki, almanlar Birinci Dünya Müharibəsində Osmanlı Türkiyəsi ilə müttəfiq idilər. “Bu səbəbdən öz günah paylarını qəbul etməlidirlər. Almaniya “soyqırımı” yaşayan nəsillərlə bu yükü çəkməli və həmçinin erməni-türk barışığına kömək etməlidir”, – deyə Özdəmir bildirib.

Özdəmir türk əsilli alman siyasətçidir. Amma onun siyasi mövqeyi türklər tərəfindən birmənalı qarşılanmır. Çünki o qondarma soyqırımın tanınmasının tərəfindədir. 1981-ci ildən Yaşıllar Partiyasının üzvü olan Cem Özdəmir siyasi fəaliyyəti boyu erməni “soyqırımını” müdafiə edib. Hazırda Yaşıllar Partiyasının lideridir. O, Türkiyədə keçirilən seçkilərdə kürdləri təmsil edən Xalqların Demokrat Partiyasına səs istəyib.

O, Ermənistan səfəri zamanı paytaxt İrəvanda yerləşən qondarma soyqırım abidəsinə çələng qoyub. Türkiyə vətəndaşları onu “erməni soyqırımı” abidəsinə çələng qoyan ilk türk kimi xatırlayır (ans press).

Almaniya parlamenti erməniləri məyus etdi

Cem Özdəmirin “qondarma soyqırım” abidəsini ziyarət etməsi