İclasda Odessanın prokuroru David Sakvarelidze, polis rəisi Georgi Lortkipanidze iştirak etdiyi halda UTX-nin vilayət rəhbəri Sergey Batrakov gəlməyib.
“Mən UTX-nin bu münasibətinə dözmək istəmirəm. Siz qoz mafiyasını və digərlərini dəstəkləyirsiz. Hardadır UTX-nin vilayət rəhbəri? Birinci müavin, rəhbəriniz haradadır? İşdə? Ukrayna prezidentinin qurduğu bu şura UTX rəhbəri üçün iş deyil? Batrakov burda olmalıdı, kimdir ki bizi boykot edir? Qoy, UTX-nin rəisi təcili bura gəlsin”, – Saakaşvili bildirib.
UTX rəsmisi cavab vermək istəsə də, Saakaşvili ona əngəl olub və ondan zalı tərk etməsini tələb edib.
İnterpress.az