Sürücülərə duman xəbərdarlığıbackend

Sürücülərə duman xəbərdarlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov ANS PRESS-ə açıqlamasında sürücülərə belə hava şəraitində yaxın işıqlandırmalarından istifadə etməyi məsləhət görüb.

\”Yollarda görmə məsafəsi məhdudlaşıb. Bu səbəbdən də sürücülər avtomobil idarə edərkən daha diqqətli olmalı, sürət həddini minimuma endirilməlidirlər\”. Bölmə rəisinin sözlərinə görə, yollarda görmə məsafəsi 30 metrdən aşağıdır. Onun sözlərinə görə, baş verə biləcək qəzalardan qaçmaq üçün sürücülər ara məsafəsini də normadan artıq saxlamalıdırlar. \”Ümumiyyətlə, sürücülərə şəxsi avromobillərindən istifadə etməmək məsləhətdir\”.

V.Əsədov qatı dumanın daha çox hiss edildiyi yolların adlarını da açıqlayıb. Bunlar 20 yanvar ərazisi, Yasamal rayonu, həmçinin Günəşli və Əhmədli qəsəbələridir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İnterpress.az