Xocalı Soyqırımı anım mərsiminə almanlar da qatıldı- FOTO + VİDEObackend

Xocalı Soyqırımı anım mərsiminə almanlar da qatıldı- FOTO + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın bir neçə fərqli şəhərlərində iştirak etdiyimiz tədbirlərə Azərbaycandan millət vəkili dəvət edən təşkilatçılar ən azından alman qonşusunu belə milli acımıza şərik etməyə “qıymamışdılar…” Frankfurt və Bielefeld şəhrlərində keçirilən təbirlərdə bununla bağlı xatırlatmalar etmişdim təbii ki.
Bu gün Varendorf şəhərində Musavat Partiyası Avropa Koordinasiya Mərkəzinin Şimali Ren Əyaləti üzrə nümayəndəsi Çağlar Qasımovun təşkilatçılığı ilə keçirilən tədbir iki saatdan artıq davam etdi. Tədbirin başqa bir özəlliyi isə çıxışların əksəriyyətinin alman dilinə tərcümə olunması idi. Xocalı faciəsinin canlı şahidi olan Namiq Əliyevin mikrafon qarşısındakı sükutunu ön sıradakı alman xanımı göz yaşları ilə izlədi.

Ələskər Siyablı faciə haqqında alman dilində müfəssəl məlumat verdi.

Məktəb direktoru Dorothee Nottebaum, Dr. Norbert Nottebaum, Miqrasiya məsələləri üzrə təcrübəli mütəxəssislər Detlef Rosenbach, Marita Heuckmann, “Die Glocke” qəzetinin əməkdaşı Andreas Poschmann faciəni əks etdirən fotoşəkilləri heyrətlə izləyirdilər. Tədbirə qatılan şəhər sakini “Dünya mətbuatında bu şəkillərin erməni “soyqırımına” aid olduğunu yazırlar. Amma indi biz fərqli mənzərə ilə qarşılaşdıq. Bu siz dediyiniz kimi insanlıq adına utancverici bir hadisədir”, dedi.
Anım mərasimində gənclər xüsusi fəallıq göstərdilər.

Çıxış edənlər bu günə qədər Xocalı faciəsi ilə bağlı Azərbaycan hökümətinin heç bir hüquqi addım atmamasının millətə xəyanət olduğunu vurğuladılar.

Beynəlxalq aləmdə Xocalı soyqırımına hüquqi status verilməsi üçün gərəkən addımların atılmasının vacibliyi qeyd edən Əlövsət Əliyev dedi:Bu hakimiyyət Xacalı soyqırımına hüquqi qiymət verilməsinə maraqlı deyil.

Xocalıda baş verənlər insanlıq əleyhinə olan cinayətdir. Baş verənlərin insanlıq əleyhinə cinayət olması ilk olaraq Azərbaycan hökuməti tərəfindən tanınmalıdır. Lakin bu sahədə ciddi probləm mövcuddur. Xocalı soyqrmına hüquqi müstəvidə qiymət verilməsi üçün ölkə daxilində tədbirlər görülməlidir. Bunun insanlıq əleyniə törədilmiş cinayət kimi tanınması üçün hakimiyyətə üzün illərdir tövsiyələr verilir. Lakin təəssüf ki mövcud iqtidar bunu etmək niyyətində deyil.

Hamimiza bəllidir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Azərbaycan Respublikasının vətəndaşlarına qarşı genosid (soyqrım) cinayəti baş verib. Müharibə ilə heç bir əlaqəsi olmayan O insanlar məhz türk (azərbaycanlı ) olduqları üçün qəsdən kütləvi olaraq, işgəncələr verilməklə öldürülüblər. Genosid insanlıq əleyhinə cinayət olmaqla beynəlxalq cinayət hüququna uyğun olaraq təqib edilir.

Xocalıda baş verənlər Genosid cinayəti oldugundan bu hadisə Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərərfindən təqib olunmalıdır.

Lakin çoxsaylı tələblərə və təkidlərə baxmayaraq Azərbaycan indiyə kimi Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmayıb.(modertator.az)

Xocalı Soyqırımı anım mərsiminə almanlar da qatıldı- FOTO + VİDEO


İnterpress.az