Adil İsmayılov: ”Müstəntiq əsas olmadan cinayət işi başlayıb”backend

Adil İsmayılov: ”Müstəntiq əsas olmadan cinayət işi başlayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan müstəntiqləri heç bir əsas olmadan, hətta təhqiqat materiallarına almadan da cinayət işini başlayırlar”.

Bunu vəkil Adil İsmayılov özünün Facebook səhifəsində paylaşıb. Vəkil məhkəməyə gəlməsini istədiyi müstəntiqə ünvanladığı sualları qeyd edib:

“Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Ağabəyov Nazim Mayis oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılması davam edirdi. Cinayət etmədiyi halda artıq 7-ci aydır ki, həbsdə olan Ağabəyovun barəsində istintaq aparmış müstəntiq Əflatun Səlimovun sahid qismində məhkəməyə dəvət edilməsi barədə vəsatət versəm də, məhkəmə onu gözlədiyim kimi qanunsuz olaraq təmin etmədi. Müstəntiq gəlsəydi, ona bir neçə sualım olacaqdı. Məsələn, soruşacaqdım ki, işdə olan dərkənarlardan görünür ki, cinayət işi başlamağa səbəb olmuş materiallar BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə iyulun 24-də daxil olub və Səlimova həmin gün verilməklə müvafiq araşdırma aparılması tapşırılmışdır. İyulun 24-də ona veriləcək material əsasında iyulun 23-də cinayət işi başlaması nə dərəcədə qanunidir? Bir də soruşacaqdım ki, cinayət işi başlayanda kimyəvi ekspertizanın rəyi onda olubmu? Olmayıbsa, qərarda narkotik vasitələrin çəkisini haradan götürmüşdür? Əgər cinayət işi ekspertiza rəyini alandan sonra başlanmışdırsa, cinayət işi başlamadan 23 iyulda saat 17:35 dəqiqədən saat 18:00-a kimi Nazim Ağabəyovu şübhəli şəxs kimi necə dindirmişdir? Ekspertiza Mərkəzində tərtib edilmiş aktda göstərilir ki, rəy həmin gün saat 19:20 dəqiqədən sonra hazır olmuşdur”.

İT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham irəli sürülüb. Lakin N.Ağabəyov ittihamı rədd edir, narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olması ilə əlaqələndirir.

N.Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur.

İnterpress.az