Duzlu göl kanalizasiya mənbəyi oldu -FOTOLARbackend

Duzlu göl kanalizasiya mənbəyi oldu -FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Söhbət Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən göldən gedir. Bir neçə il bundan əvvələ kimi göl insanlar üçün faydalı idi. Bu duzlu göldən bir neçə ailə yay aylarında çörək pulu qazanırdı. Yəni göldən duz yığan insanlar var idi. Amma sonradan bu gölün funksiyası tamamilə dəyişdi. İndi göl kanalizasiya sularının toplandığı bataqlığa çevirilib.
Buna səbəb son bir neçə il ərzində gölün ətrafında plansız şəkildə yüzlərlə fərdi yaşayış evlərinin və çoxmərtəbəli binaların kanalizasiya sularının buraya axıdılmasıdır.

Axan kanalizasiya suları gölün ərazisini sürətlə genişləndirib və artıq magistral yolun da sular altında qalma təhlükəsi var. Ətrafda yaşayan sakinlərin bildirdiyinə görə, əvvəllər gölün bir neçə istiqamətdə axması üçün kanallar olub. Lakin yeni tikililər çoxaldıqca, həmin kanalların axdığı ərazilərdə tikililər artdıqca kanallar qurudulub və yerində evlər tikilib.
Zabrat sakini olan və on illərdir bu ərazidə çobanlıq edən Əliməmməd Baxşıyev də sözügedən gölün keçmişini yaxşı bilənlərdəndir.

Son illər ətrafda tikilən evləri göstərən Ə.Baxşıyev bütün problemlərin elə bundan sonra başladığını deyir:\”Əvəllər bu qədər ev yox idi. Bu ərazilər düzənlik idi. Göl də duzlu göl idi. Yay aylarında göl demək olar ki, tamamilə quruyurdu. İnsanlar buradan xeyli duz yığırdı. Sonradan gölə kanalizasiya suları ötürüldü. Hazırda göl 5-6 dəfə böyüyüb. Axar yerləri də bağlayıblar. İndi göl sadəcə dolur. Yola 1-2 metr məsafə qalıb. Əvvəl bu yolun altında gölün axması üçün kanal var idi. Yolun digər tərəfində tikintilər başlayanda qabağını kəsdilər. Sonu necə olacaq çox maraqlıdır. Hər gün də ev tikirlər. Göl evlərə yaxınlaşır, yeni tikilən evlər də gölə”.

Ətrafda demək olar ki, boş ərazi nəzərə çarpmır. Tikinti işləri davam edir, tikintinin olmadığı ərazilər isə hasara alınıb. Lakin böyüyən göl həm tikililər, həm də avtomobil yolu üçün real təhlükə mənbəyinə çevrilib.

Yaxınlıqdakı tikinti materialları bazarında çalışanların dediyinə görə, gölün qısa bir vaxtda bu qədər böyüməsindən sonra rayon icra hakimiyyətindən bir neçə nəfər gələrək əraziyə baxış keçirib. Bazar işçiləri deyir ki, gölün axar yerinin olmaması ciddi problemdir və bunun üçün mütləq tədbir görülməlidir.

Hazırda gölün ətrafdakı fərdi yaşayış evləri, zavod və magistral yolla bir neçə metrlik məsafəsi var. (musavat.com)

Duzlu göl kanalizasiya mənbəyi oldu -FOTOLAR

Duzlu göl kanalizasiya mənbəyi oldu -FOTOLAR

Duzlu göl kanalizasiya mənbəyi oldu -FOTOLAR

Duzlu göl kanalizasiya mənbəyi oldu -FOTOLAR

Duzlu göl kanalizasiya mənbəyi oldu -FOTOLAR

İnterpress.az