Hər iki valideyni öldürülən “uşaqlar” 1992-ci ildə Xocalıya uçuşlar edən ukraynalı pilotu tanıdılar və … – EKSKLÜZİVbackend

Hər iki valideyni öldürülən “uşaqlar” 1992-ci ildə Xocalıya uçuşlar edən ukraynalı pilotu tanıdılar və … – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Modern.az\” saytına istinadən xəbər verir ki, bir neçə gün öncə Heydər Əliyev Mərkəzində Kraveç Leonid Markoviç “Cəhənnəmi görmüş pilot” sənədli filminin təqdimatında da iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” beynəlxalq kampaniysının rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanan filmin təqdimatında Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş “25-lər”də iştirak edib. Həmin “25-lər”dən bir neçəsi ukraynalı pilot Kraveç Leonid Markoviçu tanıyıblar. Filmin təqdimatı bitdikdən sonra “25-lər”dən olan Cəmşid Hüseynov pilota yaxınlaşıb və 1992-ci ilin fevralında bir neçə dəfə onunla təmasada olduğunu xatırladıb.

“Yadınızdadırmı, mən rus dilində bilmirdim, uşaq idim. Soyqırımdan sonra Ağdamda sizə yaxınlaşdım, valideynlərimi, qardaşımı soruşdum. Siz mənə bir siyahı göstərdiniz. Mən o siyahıda qardaşımın, valideynlərimin adını sizə nişan verdim. Bundan sonra siz mənə dediniz ki, qardaşım da, valideynlərim də sağdır. Bunu deyib məndən uzaqlaşdınız. Gedib helikopterdə oturdunuz. Mən o vaxt sizə inandım. Ancaq bir gün keçməmiş ailə üzvlərimin ermənilər tərəfindən qətlə yetirildiyi xəbərini aldıq. Mən onda anladım ki, siz bu qara xəbəri mənə deməyə ürək etmədiniz. Mən sizi yaxşı xatırlayıram. Tək mən deyil, bütün xocalılar sizi yaxşı xatırlayır. Siz çox əziyyətlər, həyatınızı təhlükəyə atmaq bahasına nə qədər xocalını mühasirədən, ölümdən qurtardınız”- deyə Cəmşid Hüseynov bildirib.

Pilot Cəmşid Hüseynovu da yaxşı xatırladığını, o zaman doğrudanda ona qara xəbəri deməyə cəsarət etmədiyini deyib: “Bəli, siz yaxşı xatirimdəsiniz. Əlinizdə bir çanta var idi. İçində də çörək”.

Pilot özünü ağlamaqdan güclə dayandırıb. Sonar “25-lər”dən digərləri də pilota yaxınlaşıb. Kraveç Leonid Markoviç bildirib ki, bu görüş onu düz 24 il əvvələ apardı:

“O müdhiş anlar bir-bir gözümün önündən keçir. Sanki o anları yenidən yaşayıram”.

Qeyd edək ki, Kraveç Leonid Markoviç Gəncədə hərbi xidmətdə olub. Xocalı soyqırımı günündən əvvəl və sonra hərbi helikopter ekipajının rəhbəri olaraq dəfələrlə Xocalıya uçuş edib. Məhz onun məlumatına əsasən Xocalıda Ermənistanın soyqırım törətdiyi xalqa çatdırılıb. Soyqırımı lentə almaq üçün jurnalistləri də o Xocalıya aparıb. “Cəhənnəmi görmüş pilot” sənədli filmində Kraveç Leonid Markoviçin şahidi olduğu olayları danışır.

Hər iki valideyni öldürülən “uşaqlar” 1992-ci ildə Xocalıya uçuşlar edən ukraynalı pilotu tanıdılar və … - EKSKLÜZİV

Hər iki valideyni öldürülən “uşaqlar” 1992-ci ildə Xocalıya uçuşlar edən ukraynalı pilotu tanıdılar və … - EKSKLÜZİV

İnterpress.az