Bakıda qadın sürücünün döydüyü yol polisi xəstəxanaya düşdü-VİDEO-RƏSMİ AÇIQLAMAbackend

Bakıda qadın sürücünün döydüyü yol polisi xəstəxanaya düşdü-VİDEO-RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun verdiyi məlumata görə, hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Qadın sürücü kobud şəkildə yol hərəkəti qaydasını pozub. Üstəlik maşının qabaq sağ tərəfi əzik olub. Sürücü yol polisinin saxla-dur əmrinə əhəmiyyət verməyib. Yanında kişi sərnişin olub. Guya həyat yoldaşı olub.

Yol polisləri nəhayət tədbir görüb maşını saxlayıblar. Qadın qapıları bağlayıb və maşından düşmək istəməyib. Sürücünün sənədi olmayıb. Polisə müqavimət göstərib və onun üzünü yaralayıb. Hazırda xəsarət alan yol polisi xəstəxanadadır. Buna baxmayaraq yol polisi əmrə tabe olmayan sürücünü saxlaya bilib. Hadisə ilə bağlı məhkəmə də keçirilib. Məhkəmənin qərarı ilə həm sürücü, həm də yanındakı sərnişin 200 manat cərimələnib.

Pos Patrul Xidməti gələnə qədər xanım sürücü müqavimət göstərib. Yol polisinin sifətini yaralayıb. (baku.Ws)

Bakıda qadın sürücünün döydüyü yol polisi xəstəxanaya düşdü-VİDEO-RƏSMİ AÇIQLAMA

İnterpress.az