Azərbaycanlı tələbələr Şimali Kiprdə həlak oldularbackend

Azərbaycanlı tələbələr Şimali Kiprdə həlak oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az saytı xəbər verir ki, bu barədə xəbəri Şimali Kipr mətbuatı məlumat yayıb.

Ölkənin paytaxtı Lefkoşada “Gənc TV“nin qarşısındakı yolda baş verən ağır yol nəqliyyat hadisəsində həmçinin 2 nəfər də yaralanıb.

Qəza nəticəsində həyatını itirən azərbaycanlı tələbə Nicat Hacızadənin E-23 ZLP 335 nömrəli avtomobili şəhərin içərisində həddindən artıq sürətlə idarə etdiyi bildirilib.

Sürətin qarşısını ala bilməyən azərbaycanlı tələbənin idarə etdiyi maşın sol istiqamətdə yoldan çıxaraq “Gənc TV”nin qarşısındakı bardura çırpılaraq, əzilib.

Maşında olan azərbaycanlı tələbə Nicat Hacızadə ilə yanaşı, Yunus Əkbərov da aldığı ağır xəsarətlərdən həyatını itirib.

Qeyd edək ki, xəstəxanaya çatdırılan digər şəxslər Mehdi Laamyeminin vəziyyətinin ağır olduğu bildirilib. Maşında olan digər azərbaycanlı tələbə Anar Süleymanovun isə həyatı təhlükəsinin olmadığı deyilib. (modern.az)

Faktla bağlı Lefkoşa şəhər polisində cinayət işi açılıb.

Azərbaycanlı tələbələr Şimali Kiprdə həlak oldular

İnterpress.az