170 azərbaycanlı uşağın böyrəyini və prostatını çıxarıb satdıq-VİDEObackend

170 azərbaycanlı uşağın böyrəyini və prostatını çıxarıb satdıq-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox qəribə millətsiniz 8 ildir David Herdiyan və Zori Balayanın kitablarını müzakirə edirsiz. Elə düşünürsüz ki, yalnız onlar bu vəhşilikləri etiraf ediblər. Araşdırılsa o qədər etiraf edənlər var ki.
Məsələn, Kanada da yerləşən Vasili Stardiyan deyir ki, o, Xocalıdan və Qarabağdan əsir götrülmüş 170 uşağın böyrək və prostatını əməliyyat etdirərk götürərək Amerikada, Avropada satdırıb.

Yaşayan bir ölü olduğunu saxlamayan Vasili Stardiyan mediyaya çıxmağa hazırdır”.
Fransa arxivlərində erməni “erməni soyqrımını” araşdıran Ali Rzaoğlu Türkiyə mediasına verdiyi müsahibəsində bildirib ki, “Xocalı erməni generallarının xatirələrində” adlı araşdırmasında 34 erməni hərbiçisinin xatirələrini təqdim edir. O, bu genealların törətdikləri vəhşiliyə görə bəzilərinin hətta peşiman olduqlarını bildirir:
“Bu mövzu hər zaman diqqətimi çəkib. Babalarım 1918-ci ildə Gədəbəydə ermənilərin vəhşiliyinə qarşı döyüşüb. Universitet illərimdən hərbi olayları araşdırmağı qarşıma məqsəd qoymuşdum. Konfranslardan birində Sürəyya adlı, ermənicə danışan qadınla tanışlığımız bu arzularımın həyata keçməsinə rəvac verdi. Çünki bu qadın fərqli şeylər danışırdı”.

İlk olarak 366-cı motatıcı dviziyanın o gecə soyqrımda iştirak edən əsgər və komandirlərinin siyahısını araşdırmağa başlayan yazara bəlli olub ki, Valeri Ciciyan adlı erməni komandir 36 min dollar məbəğində rusları satın alıb. Xocalı soyqrımından sonra ermənilər ruslara yenə də ödəniş ediblər. O, əldə etdiyi ilk bilgilərin izi ilə Fransaya gedib çıxır:

Fransa arxivlərində isə ermənilərin etdiyi vəhşilikləri təsdiq edən çox sayda materiallar var. Lakin bu arxivlərin qapısı bütün türklərin üzünə qapadılıb. Kilsənin erməni diasporasına yazdığı məktublar, o məktublarda Qarabağda axıdılan erməni əsgərinin hər damla qanı üçün edilən dualar var. Kilsədən yazılan məktublarda ermənilərə “Qarabağı tam təmizləyin” deyə bir tapşırıq yazılır. Yəni Qarabağda ancaq ermənilər qalsın, uşağından tutumuş böyüynə qədər azərbaycanlıları qırın, yox edin tələbi qoyur erməni kilsələri”.

“Fransada erməni diasporu güclüdür. 400-ə yaxın erməni terrorçusu Fransada törətdikləri terrorlara görə həbs edildikdən sonra onlara Fransa torpaqlarını tərk etmək göstərişi verildi. Bu terrorçular Fransadan çıxıb, birbaşa Qarabağa getdilər. Əslində Qarabağ müharibəsindən sonra da bu terrorçuların 20 –si yenidən Fransaya qayıdıb və burada yaşayırlar. Çünki Fransada erməni diasporu çox güclüdür. Onlarla görüşmək istəyimiz də baş tutmadı.

170 azərbaycanlı uşağın böyrəyini və prostatını çıxarıb satdıq-VİDEO

Araşdırmalar hələ bitməyib. Qarabağ müharibəsinə qoşulmuş və Xocalı soyqrımını törətdikləri üçün peşiman olduqlarını və olmadıqlarını deyən 34 erməni generalı və hərbiçisini danışdırdıran Ali Rzaoğlu bəzi səbəblərə görə, işinin axsadığını deyir.
Araşdırmaçıya erməni vəhşətindən daha çox təsir edən isə İsabekov familiyalı qazax türkünün ermənilərlə birgə Xocalı soyqrımında iştirak etməsi olub:

“İsabekovla görüşmək imkanım oldu. Onun ailəsi, ata və anası Xocalı soyqrımında iştirak etdiyinə görə ondan imtina ediblər.O, Qazaxıstanda tək-tənha yaşayır və “məni Azərbaycan xalqının önündə dizim üstə güllələyin” deyir.
Sən demə, həmin gecə 366-cı motoatıcı dviziyaının tərkibində olan 5 türkmən hərbiçisi Xocalıya hücum etməkdən imtina edib. Ermənilər o, 5 türkməni elə döyüşdən qabaq güllələyiblər.
Onu da qeyd edim ki, Xocalı faciəsinin qurbanlarının və bu soyqrım zamanı əsir düşənlərin siyahsında yanlışlıq var. Bu rəqəmlər heç də gerçəkliyi təsdiq etmir”.(hocalihaber.com/)

Hazırladı: Abuzər Azəroğlu
İnterpress.az